Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 15:50
Fransalı modelyer, fotoqraf və "Mugler" moda evinin yaradıcısı Tyerri Myugler vəfat edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə modelyerin feysbuk hesabında məlumat dərc olunub.
Bildirilib ki, o, ötən gün 72 yaşında təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, Tyerri 1973-cü ildə klassika və müasirliyin birləşməsinə əsaslanan ilk qadın geyim kolleksiyasını yaradıb. O, 1980-ci ildən etibarən məşhurlaşıb. 1992-ci ildə özünün ətir brendini qurub. O, dünyaca məşhur ulduzların - Beyons, Ledi Qaqa, İrina Şeyk, Meqan Foksun geyimlərini hazırlayıb.