Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaşar Nurinin həyat yoldaşı - İşdən gələndə zarafata deyirdi ki, səndən yaxşısını tapmadım - VİDEO - FOTO

Yaşar Nurinin həyat yoldaşı - İşdən gələndə zarafata deyirdi ki, səndən yaxşısını tapmadım - VİDEO - FOTO

Tarix: 25 Yanvar 2022 14:18

ARB TV-nin "O Üz" verilişinin növbəti buraxılışı aktyor Yaşar Nuriyə həsr edilib.

Milli.Az xəbər verir ki, ailə üzvləri, tələbələri və tərəf müqabilləri mərhum aktyor Yaşar Nuridən danışdı:

Ülkər Yaşarqızı - Qızı: "Atamın sözü olanda belə bizə deməzdi. Hər zaman anama deyərdi ki, bizə desin. 11-ci sinifi yeni bitirmişdim. Biraz dodaq boyası çəkmişdim. Qonaqlığa getmişdik. Atam elə orda mənə acıqlı baxdı. Üzünü çevirib anamın qulağına pıçıldadı. Anam gəldi mənə dedi ki, atan dünyanı dağıdır, get dodaq boyasını sil".

Aparıcı Zaur Kamal - Tələbəsi: "Çox ciddi və tələbkar idi. 2 il imtahan verdim. 3-cü, 4-cü il məndən soruşmadan "5" yazdı. Soruşdum niyə "5" yazmısız, layiqəm ki? Dedi, bilirəm ki, sən aktyor olmayacaqsan".

Xalq artisti Faiq Ağayev - Tələbəsi: "Məni soyadımla çağırardı. Bəzi xasiyyətlərinə görə mənə atamı xatırladardı. Xəstəliyə təslim olmurdu, döyüşürdü. Təbii ki, pis olurdum, elə bil, atamın pis olmasını görürdüm. Amma özü nikbin idi deyə, gülümsəyirdi deyə, mən də gülümsəyirdim. Bax o zaman Yaşar müəllimin öyrətdikləri kömyimə gəldi. İçim ağlıya-ağlıya üzüm gülürdü. Aktyor sənətində mənim üçün Günəş idi. Böyük şəxsiyyəti itirdim".

Firəngiz Mütəllimova - Tərəf-müqabili: "Tamaşaçılar bizi, bizdən xəbərsiz evləndirmişdilər. Artıq almışdıq bizə olan bu münasibətə. Sonuncu dəfə xəstə olanda Türkiyəyə onun yanına getdim. Gördüm hamı gəlib qapıdan mənə baxıb, gedir. Mən də soruşdum ki, niyə baxırlar. Dedi ki, Rəhimə sənin şəklini onlara göstərib ki, bu qadını mənim ərim çox sevib".

Rəhimə Nuriyeva - Həyat yoldaşı: "Onun həyatını dəyişdiyi an mən yanında olmadım. 6 il ərzində xasiyyəti tamam dəyişmişdi. Mən o zaman başa düşdüm ki, sevgi nədir. Xasiyyəti çox ağır idi. Nadir hallarda bizimlə zarafat edərdi. Qışqırmağı, kobud rəftarı da olub. İçəri girən kimi bütün ışıqları söndürüb, telefonu çıxardırd. Kaş ki, arabada olardı amma sağ olardı, yanımda olardı. İşdən gəlirdi, zarafata deyirdi ki, səndən yaxşını tapmadım.Onun bir sözü var idi. Həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir. Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim".

Milli.Az


Etiketlər:  Yaşar Nurinin həyat yoldaşı İşdən gələndə zarafata deyirdi ki səndən yaxşısını tapmadım VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ