Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2022 23:26
Dilçi-alim, ingilis dilinin fonetikası fənninin tədrisi sahəsində tanınmış pedaqoq, professor Minirə Qarayeva vəfat edib.
Sonxeber.net xəbər verir ki, bu barədə "qafqazinfo"ya mərhumun oğlu Eldəniz Abbaslı məlumat verib.
O bildirib ki, 85 yaşlı M.Qarayeva yanvarın 23-də ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, M.Qarayeva 1994-cü ildən Azərbaycan Dövlət Universitetində İngilis dilinin fonetikası kafedrasının müdiri vəzifəsində işləyib.