Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadını döyüb kafenin kassasını soydu

Qadını döyüb kafenin kassasını soydu

Tarix: 27 Yanvar 2022 10:38

Rusiyanın Başqırdıstan Respublikasında kamuflyajda olan kişi kafenin işçisini amansızcasına döyərək obyektin kassasını qarət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Birsk şəhərində, səhər saatlarında baş verib.

Kafeyə daxil olan şəxs ona müqavimət göstərmək iqtidarında olmayan qadına bir neçə zərbə endirib və obyektin pullarını da götürərək hadisə yerindən uzaqlaşıb.

Huşunu itirən işçi ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirirlib.

Hazırda hücumu həyata keçirən şəxsin axtarışlarına başlanılıb.

Milli.Az


Etiketlər:  Qadını döyüb kafenin kassasını soydu


RƏYLƏR