Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2022 12:24
Türkiyənin ATV kanalında yayımlanan "Kuruluş Osman" serialının aktyoru Əhməd Yenilməz köşə yazısında Azərbaycanla bağlı maraqlı məqamı oxucularla bölüşüb.
Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, o, 44 günlük Vətən müharibəsi qazilərinin serialın çəkildiyi məkanı ziyarəti zamanı çox duyğulandığını deyib:
"Qarabağı azad edən qəhrəmanların komandiri bir xatirəsini bölüşdü. O qeyd etdi ki, döyüşdən qayıdan əsgərlər qısa fasilə zamanı "Kuruluş Osman"ı izləyirdilər. Sümüklərimə qədər sızıldadı, belə duyğunu ilk dəfə yaşayırdım".