Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 20:00
Bakı. Trend:
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Teatrdan Trend-ə bildirilib ki, sənət ocağı mövsümü sentyabrın 19-da “Koroğlu” operası ilə açıq elan edəcək. Bundan başqa, teatrda sentyabrın 21-də “Bohema”, 22-də “Nəsimi”, 25-də isə “O olmasın bu olsun” (Gəncə) nümayiş olunacaq. Həmçinin sentyabrın 28-də “Jizel”, 29-da “Leyli və Məcnun” teatrsevərlərin ixtiyarına veriləcək.
Biletləri satış kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin