Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Argentina 1 milyard dollardan çox borcunu yaxın günlərdə qaytarmalıdır

Argentina 1 milyard dollardan çox borcunu yaxın günlərdə qaytarmalıdır

Tarix: 28 Yanvar 2022 22:16

Argentina çoxmilyardlıq "bomba" ilə üzləşib: ölkənin Beynəlxalq Valyuta Fonduna (BVF) borcunun ödənilməsinin son müddəti yaxınlaşır, lakin borcun ödənilməsi barədə danışıqların nə ilə bitəcəyi məlum deyil.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, illər boyu valyuta və borc böhranları ilə üzləşən Argentina BVF-ə 730 milyon dollar borcunu artıq bu gün və daha 365 milyon dollar borcunu gələn həftənin çərşənbə axşamı günü qaytarmalıdır.

Prezidentin mətbuat katibi Qabriela Çerrutinin sözlərinə görə, 2028-ci ildə verilmiş uğursuz ssudanın müddətinin uzadılması barədə Argentina ilə BVF arasında danışıqlar son aylarda düyünə düşüb: ortamüddətli iqtisadi plan çərçivəsində ölkənin büdcə kəsirinin necə azaltmalı olması barədə fikir ayrılıqları yaranıb. Nəticədə 1 dollarlıq suveren istiqrazların qiyməti 30 sentdən aşağı düşüb.

Yanvarın 27-də yüzlərlə insan BVF-ə etiraz əlaməti olaraq Buenos-Ayres küçələrinə çıxıblar. Nümayişçilərin çoxu BVF-i sərt qənaət tədbirlərinə görə təqsirləndirirlər. 2001-2002-ci illərdə bu səbəbdən yaranmış iqtisadi böhran Argentina sakinlərini dilənçi vəziyyətinə salıb.

Milli.Az


Etiketlər:  Argentina 1 milyard dollardan çox borcunu yaxın günlərdə qaytarmalıdır


RƏYLƏR