Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 21:16
“Neftçi”nin baş məşqçisi Roberto Bordin komandadan ayrıla bilər.
Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, “Apollon” italiyalı mütəxəssisə dəvət göndərməyə hazırlaşır. “Neftçi”dən ayrıldıqdan sonra Kipr klubunun prezidenti Nikos Kirzisin Bordinlə danışıq aparacağı bildirilib.
Xəbərdə Bordinin “Neftçi” ilə 2020-ci ilin iyun ayına qədər müqaviləsinin olduğunu qeyd olunmaqla yanaşı, onun paytaxt klubundan vaxtından əvvəl ayrıla biləcəyi də qeyd olunub.
"Apollon" baş məşqçisi Sofronis Avqustini Avropa Liqasının pley-off mərhələsində PSV-yə uduzduqdan sonra istefaya göndərib.