Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yuventus” və “Barselona” bu futbolçu üçün hərəkətə keçdi

“Yuventus” və “Barselona” bu futbolçu üçün hərəkətə keçdi

Tarix: 29 Yanvar 2022 18:32

"Arsenal" futbolçusu Pyer-Emerik Obameyanqın keçidi ilə bağlı iki təklif alıb.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, "Yuventus"la "Barselona" 32 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Hər iki klub qabonlu forvardı mövsümün sonunadək icarəyə götürmək istəyir. Hazırda futbolçunun maaşı və icarə müddəti ilə bağlı danışıqlar aparılır.

"Arsenal" həftədə 350 min funt sterlinq qazanan hücumçunu uzun müddətə icarəyə verməkdə maraqlıdır. "Yuventus"la "Barselona" isə Obameyanqı mövsümün sonunadək götürməyi planlaşdırır.

Qeyd edək ki, baş məşqçi Mikel Arteta ilə problem üzündən dekabrın əvvəlindən meydana çıxmayan Pyer-Emerik komandanın Dubay toplanışına da aparılmayıb.


Etiketlər:  Yuventus Barselona futbolçu üçün hərəkətə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ