Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 22:50
Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Joze Alesio da Silvanın yetirmələri AVRO-2022-də çıxışını başa vurub.
Qrup mərhələsində son sınağına çıxan yığmamız ilk qələbəsini qazanıb - 4:2. Lakin Bosniya və Herseqovina ilə matçdakı üç xal 1/4 finala çıxmaq üçün kifayət etməyib.
D qrupundan ilk vəsiqəni əldə edən Gürcüstan İspaniya ilə matçda uduzub - 0:8. Nəticədə bu iki komanda mübarizəni davam etdirəcək. Bunadək Gürcüstan (2:3) və İspaniya (2:2) ilə qarşılaşan millimiz isə qrup üçüncüsü kimi AVRO-2022 ilə vidalaşıb.
Qeyd edək ki, İspaniya və Gürcüstandan başqa, Rusiya, Portuqaliya, Ukrayna, Qazaxıstan, Finlandiya və Slovakiya da 1/4 finala yüksəlib.
AVRO-2022, final mərhələsi
III tur, D qrupu
29 yanvar
20:30. Azərbaycan - Bosniya və Herseqovina - 4:2
Qollar: Bolinya, 7, Eduardo, 11, Vilela, 33, Qallo, 40 - Radmiloviç, 12 (pen.), Kahvedziç, 32
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)
Amsterdam. Ziqqo Dome
1 |
İspaniya |
3 |
2 |
1 |
0 |
14-3 |
7 |
2 |
Gürcüstan |
3 |
2 |
0 |
1 |
5-10 |
6 |
3 |
Azərbaycan |
3 |
1 |
1 |
1 |
8-7 |
4 |
4 |
Bosniya və H. |
3 |
0 |
0 |
3 |
4-11 |
0 |