Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət

Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət

Tarix: 30 Yanvar 2022 23:03

İnsan çoxlu su içir, lakin susuzluq azalmır. Bunu əsasən diabet xəstəliyinin simptomu kimi qiymətləndirik.

Lakin keçməyən susuzluq diabetdən əlavə digər xəstəliklərin də simptomu ola bilər.

Bu xəstəliklər arasında:

- Böyrəklə bağlı olan problemlər

Saglamolun.az bildirir ki, əgər insan çoxlu su içir və az sidiyə gedirsə, insanda ödemlər varsa, bu böyrək çatışmazlığına işarə edə bilər.

- Paraqalxanvari vəzilərinin fəaliyyətinin pozulması

Bu kiçik vəzlər orqanizmdə kalsiumun səviyyəsini tənzimləyir. Bu vəzilərin fəaliyyətində pozulmalar əmələ gəldikdə keçməyən susuzluq, ümumi yorğunluq, yaddaşsızlıq, əzələ zəifliyi, sümüklərdə ağrılar kimi simptomlar meydana çıxır.

- Orqanizmin intoksikasiyası

İntoksikasiya zamanı orqanizm toksinləri tez yuyub aparmağa çalışır ki, nəticədə insanda susuzluq inkişaf edir.

- Beyin travmaları

Əgər siz yıxılmısınız və ya baş nahiyəsindən hər hansı travma almısınızsa, keçməyən susuzluq ağır pozulma olan beyin ödeminə işarə edə bilər.

- Bəzi dərmanların qəbulu

Bəlğəmgətirici, sidikqovucu, allergiya əleyhinə preparatlar, bəzi antibiotiklər və təzyiqi salan dərmanların qəbulu susuzluğa səbəb ola bilər.


Etiketlər:  Çoxlu içirsiniz susuzluq isə keçmirsə Təhlükəli əlamət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ