Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergiödəyicisi fəaliyyətini necə dayandıra bilər?

Vergiödəyicisi fəaliyyətini necə dayandıra bilər?

Tarix: 31 Yanvar 2022 21:28

Vergiödəyicisi fəaliyyətini müvəqqəti dayandırmaq üçün vergi orqanına "Vergiödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış"ı təqdim etməlidir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə, fəaliyyətin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergiödəyicisinin fəaliyyəti aktivləşir.

Həmçinin qeyd olunub ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Milli.Az


Etiketlər:  Vergiödəyicisi fəaliyyətini necə dayandıra bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ