Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti ayrıldığı əri ilə FOTOsunu paylaşdı

Xalq artisti ayrıldığı əri ilə FOTOsunu paylaşdı

Tarix: 1 Fevral 2022 14:45

Xalq artisti Naibə Allahverdiyeva instaqram hesabında ayrıldığı həyat yoldaşı ilə fotosunu paylaşıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bölüşdüyü şəkilə "İnsan gücsüz olduğu üçün ağlamaz, uzun zaman güclü olduğu üçün ağlayar" şərhini yazıb.

Qeyd edək ki, Naibə Allahverdiyeva "Günün sədası" proqramında ərini sevmədiyini və ondan ayrıldığını bildirmişdi:

"Həyat yoldaşı öz qadınını xoşbəxt etməlidir. O, məni xoşbəxt etmədi. Mən onu əvvəlki kimi sevmirəm. Sevgini qazanmaq lazım idi, itirmək yox".

Onu da bildirək ki, N.Allahverdiyeva ikinci dəfə 2016-cı ilin dekabrında ailə həyatı qurub. Aktrisanın birinci nikahından Məryəm adlı qızı var.


Etiketlər:  Xalq artisti ayrıldığı əri ilə FOTOsunu paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ