Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

102 yaşlı kişi gümrahlığının sirrini açdı - FOTO

102 yaşlı kişi gümrahlığının sirrini açdı - FOTO

Tarix: 1 Fevral 2022 20:12

Hər gün trenajorda məşq edən 102 yaşlı amerikalı Ceyms Çou uzunömürlülüyünün və gümrahlığının sirrini açıb. Havay sakini hesab edir ki, o, müntəzəm olaraq idman zalına getdiyi üçün bu qədər uzun yaşayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Çou həmçinin evdə isə tai-çi (uşunun bir növü) və sərbəst çəkilərlə məşq edir.

O, uzunömürlülük və gümrahlığının başqa bir səbəbini çəkisinə diqqət etməkdə olduğu ilə izah edib. Belə ki, Çouda şəkərli diabetə və piylənməyə meyli diaqnozu qoyulsa da, düzgün qidalanma sayəsində hər şeyi nəzarətdə saxlayır.

"Çəkimi 51 kiloqrama yaxın saxlamağa çalışıram. Əgər çəkim çoxdursa, daha az yeyirəm. Çəkim çox azdırsa, daha çox yeyirəm", - deyə kişi izah edib.

Bundan əlavə, Çou əqli cəhətdən aktiv olmağın vacib olduğunu da bildirib. O, boş vaxtlarında daim "solitaire" oynayır, 100 yaşına qədər isə müntəzəm olaraq özü vergilərini hesablayıb və bəyannamələr doldurub.

Psixi sağlamlığın başqa bir əhəmiyyətli aspektini amerikalı həyata müsbət münasibəti göstərib.

"İnsanlarla mehriban olun. Fəaliyyət və reaksiya prinsipi; mən sizə mehribanamsa, siz də mənə mehriban olursunuz", - deyə uzunömürlü kişi bildirib.

Çou Çində anadan olsa da, 1956-cı ildə ABŞ-a köçüb. O, Honoluluda məskunlaşıb və bütün həyatı boyu Havay Universitetində maşınqayırma professoru kimi çalışıb. Yaşlı kişi müəllim işləyərkən layihələndirdiyi şəxsi evində yaşayıb, oğlunun və gəlininin nəzarətinə isə bu yaxınlarda ehtiyac duyub.


Etiketlər:  yaşlı kişi gümrahlığının sirrini açdı FOTO


RƏYLƏR