Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 19:25
"Səs Azərbaycan" mahnı müsabiqəsinin münsifləri - Xalq artisti Brilliant Dadaşova, müğənnilər Murad Arif və Eldar Qasımov İctimai TV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, onlarla bərabər müsabiqənin iştirakçıları da proqramda yer alıb. Lakin efir zamanı Dadaşovanın sözü kəsilib. Belə ki, o, iştirakçılara məsləhət verərək gələn təklifləri dəyərləndirmələrini, kimsənin onlara maliyyə dəstəyi göstərməyəcəyini bildirib:
"Mən zamanında gələn təklifi dəyərləndirmədim. O vaxtki, Brilliantla indiki Brilliant eyni deyil. Mən o zaman razı olmadım. Amma istəyirəm ki, uşaqlar təklifləri dəyərləndirsinlər. Çünki bizdə bunu tapmayacaqsınız. On min manatı kremə verib sevgililərinə bağışlayacaqlar, lakin sizə klip, ya da mahnı hazırlamaqda kömək olmayacaqlar. Hər şeyi açıq danışdığım üçün ömür boyu başım ağrıyır".
Bu zaman aparıcı Vüsalə Məmmədova Xalq artistinin sözünün kəsərək müsabiqədən danışmağı təklif edib. Danışmağa davam edən Dadaşovanın mikrofonu söndürülüb.