Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arıqlamağın düşməni tapıldı

Arıqlamağın düşməni tapıldı

Tarix: 3 Fevral 2022 08:12

Yatmaqla bağlı problemləri olan artıq çəkiyə malik insanlar doyunca yata bilən insanlarla müqayisədə daha az arıqlayır.

Oxu.az "Vokruq Sveta" jurnalına istinadla xəbər verir ki, bu qənaətə beynəlxalq mütəxəssislərin apardığı araşdırma nəticəsində gəlinib.

Mütəxəssislər araşdırma apararkən iki mindən çox insanın məlumatını təhlil ediblər. Həmin insanlar il ərzində çəkilərini azaltmaq üçün ciddi rejimə əməl ediblər. Bura pəhriz, məşqlər və psixoloqla iş daxildir.

Onlar paralel olaraq yuxu rejimləri barədə məlumat veriblər. Nəticədə məlum olub ki, yuxu rejiminə əməl etməyənlər qrafikə uyğun yatanlarla müqayisədə daha az çəki itiriblər.

Alimlər qeyd edirlər ki, altı saatdan az yatan insanlar piylənmədən daha çətin xilas olurlar. Mütəxəssislər bunu onunla izah edirlər ki, kifayət qədər yatmayanda insan bədəni xeyli yüklənmə hiss edir və nəticədə bütün orqanlar əziyyət çəkir.

Belə şəraitdə orqanizm resursları toplamaq rejiminə keçir.


Etiketlər:  Arıqlamağın düşməni tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ