Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 08:46
Bakıda qətl törətməkdə təqsirləndirilən Əli Musayevin cinayət işi üzrə məhkəməsi başlayır.
Sonxeber.net "Report"a istinadən bildirir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Telman Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, Natiq Ramazanov "Tik-Tok" sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Ə.Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş verən mübahisə zamanı sonuncu N.Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirmiş və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.