Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 15:42
Rusiyada koronavirusun "omikron" ştammının BA.2 alt növü aşkar edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un rəhbəri Anna Popova COVID-19 ilə mübarizə üzrə koordinasiya şurasının iclasında bildirib.
O, yeni növün əsasən Moskvada, Mari El Respublikasında, Rostov vilayətində və Başqırdıstanda müşahidə edildiyini deyib.
Qurum rəhbərinin sözlərinə görə, bir neçə ölkədən alınan məlumatlar bu alt növün daha yüksək yoluxuculuğundan xəbər verir.
Qeyd edək ki, "Omikron" ştammı kimi tanınan B.1.1.529 koronavirus mutasiyası noyabrın sonunda Botsvana və Cənubi Afrikada tapılıb. Bu ştammın bir neçə alt növü var: BA.1, BA.1.1, BA.2 və BA.3. Elm adamları müəyyən ediblər ki, "omikron"un BA.2 alt növü orijinal BA.1 ştamından əhəmiyyətli dərəcədə daha yoluxucudur. Lakin vaksin virusun ötürülmə riskini azaldır.