Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 18:55
Türkiyəli aktyor Kaan Yıldırımla sosyal mediya fenomeni Danla Bilic haqlarında çıxan eşq iddialarına aydınlıq gətirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ikili məlumatları təkzib edib. Kaan instaqram hesabında paylaşdığı videoda "alone" ("yalnız") şərhini qeyd edib.
Danla isə tviterdə "Bu gün kiçik əməliyyat oldum. İnanırsınız, plastik əməliyyat deyil. Xəbərlərə görə, sevgilim var imiş, məndən sürətlisi məzarlıqdadır" - deyə, yazıb.
Qeyd edək ki, Kaan bundan əvvəl müğənni Hadisə və aktrisa Tuğçe Açıgözlə, Danla isə Yusuf Enginlə münasibətdə olub.