Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 23:28
Fevralın 5-də Parisdə cüdo üzrə "Böyük dəbilqə" turniri start götürəcək.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, turnirdə Azərbaycanın altı cüdoçusu iştirak edəcək. Belə ki, kişilər arasında Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.
Yarış iki gün davam edəcək.
Turnirdə 54 ölkədən 308 idmançı iştirak edəcək.