Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2022 21:16
94-cü "Oskar" mükafatı laureatlarının adı fevralın 8-də canlı yayımla Amerika Kino Sənəti və Elmləri Akademiyasının rəsmi tviter səhifəsində açıqlanacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ümumilikdə 23 nominasiya üzrə qaliblərin adını aktyorlar Tracee Ellis Ross və Leslie Jordan səsləndirəcək.
Martın 27-də baş tutacaq rəsmi mükafatlandırma mərasiminin isə aparıcısı hələlik məlum deyil.
Builki "Oskar" namizədlərinin müəyyən edilməsi üçün keçirilən səsvermə akademiyanın tarixində ən yüksək fəallığı ilə fərqlənib. Ümumilikdə 9500 üzvdən 9487-si səsvermədə iştirak edib.