Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniya kuboku: Yarımfinalın püşkü atıldı

İspaniya kuboku: Yarımfinalın püşkü atıldı

Tarix: 4 Fevral 2022 23:28

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Sonxeber.net matc.az-a istinadən bildirir ki, turnirin finalına vəsiqə uğrunda "Valensiya", "Atletik", "Rayo Valyekano" və "Betis" klubları mübarizə aparacaq.

Püşkə əsasən, "Valensiya" yarımfinalda "Atletik"lə üz-üzə gələcək. "Rayo Valyekano" isə "Betis"lə qarşılaşacaq.
 
İspaniya kubokunda yarımfinal görüşləri əvvəlki mərhələlərdən fərqli olaraq, ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar 9-10 fevralda, cavab görüşləri isə 2-3 matda baş tutacaq.
 
İspaniya kuboku
Yarımfinal
 
Valensiya - Atletik
Rayo Valyekano - Betis


Etiketlər:  İspaniya kuboku Yarımfinalın püşkü atıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ