Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nargilə'' kafesi yaxınlığında avtobus qəzası - 2 yaralı

''Nargilə'' kafesi yaxınlığında avtobus qəzası - 2 yaralı

Tarix: 4 Sentyabr 2019 16:44

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Xətai rayonunda - "Nargilə" kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb:

"Həkimin verdiyi məlimata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralılar barədə yeni məlumat daxil olduqda əlavə məlumat veriləcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nargilə kafesi yaxınlığında avtobus qəzası yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ