Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Piylənməyə qarşı sadə və populyar içki

Piylənməyə qarşı sadə və populyar içki

Tarix: 6 Fevral 2022 12:45

İngiltərəli həkim Tim Bond bildirib ki, orqanizmdəki "gizli" yağları bir fincan yaşıl çayla "yandırmaq" olar.

"Bəzi tədqiqatlar göstərir ki, yaşıl çay içmək bədəndə piylərin yığılmasını azalda bilər. Bu içki, həmçinin bədənin ümumi çəkisi və həcminin azalmasına da kömək edir", - deyə o, qeyd edib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mütəxəssis izah edib ki, yaşıl çayın tərkibindəki maddələr termogenezə (yağların yandırılması), yağ və zülalların oksidləşməsinə təsir edir. Eləcə də, aclıq hissini zəiflədir və qaraciyər metabolizmi prosesində fermentlərin səviyyəsini tarazlaşdırır.


Etiketlər:  Piylənməyə qarşı sadə populyar içki


RƏYLƏR