Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moldovada da "Qazaxıstan-qaz ssenarisi" işə düşdü? - Putindən kömək istədilər...

Moldovada da

Tarix: 7 Fevral 2022 11:42

Qaqauzlar xristianlaşmış oğuz mənşəli türk xalqıdır...

Moldovanın Qaqauz muxtariyyətinin sakinləri qaz böhranının həlli üçün Rusiyaya müraciət ediblər.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunur ki, Qaqauziya sakinləri bazar günü, fevralın 6-da Komratın mərkəzində yenidən qazın qiymətinin artırılmasının ləğv edilməsi tələbi ilə etiraz aksiyası keçiriblər.

Mitinqdə iştirak edən Xalq Məclisinin deputatı Viktor Petrov Rusiya prezidenti Vladimir Putindən kömək istədiyini bildirib.

"Mən artıq Rusiya prezidenti Vladimir Putinə, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozaka, "Qazprom"un rəhbəri Aleksey Millere ünvanlanmış məktublar hazırlayıb göndərmişəm. Cavab gözləyirik. Əminəm ki, Rusiya bizə yardım əlini uzadacaq və qaz şəklində humanitar yardım göstərəcək", -  V.Petrov belə deyib.

Xatırladılır ki, fevralın əvvəlində Moldova Vətəndaş Konqresi partiyasının müxalifət fəalları etiraz aksiyasına peyin kisələri gətirib və hökumətə qazın qiyməti əvəzinə onlardan istifadə etməyi təklif ediblər. Təşkilatçıların sözlərinə görə, Moldova parlamentinin binası qarşısında keçirilən aksiyaya 600-ə yaxın etirazçı toplaşıb.

Yanvarın ortalarında Moldova parlamenti qaz böhranı ilə əlaqədar 60 gün müddətinə fövqəladə vəziyyət  elan edib ki, bu da ödəniş problemləri səbəbindən "Qazprom"-dan tədarükün dayandırılması riski ilə bağlıdır. Rusiya şirkəti borc vəsaitini almadığı təqdirdə qaz verilişini dayandıracağı ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, qaqauzlar xristianlaşmış oğuz mənşəli türk xalqıdır. Ümumi sayları təqribən 250 min nəfərdir, əsasən Moldovada yaşayırlar...
 
Milli.Az


Etiketlər:  Moldovada da Qazaxıstan qaz ssenarisi işə düşdü Putindən kömək istədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ