Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 08:42
Arterial təzyiqi salmağa yuxu kömək edəcək. Belə bir nəticəyə Arizon Universitetinin alimləri gəliblər.
Oxu.Az bildirir ki, araşdırmanın nəticələri "Psychosomatic" elmi jurnalında dərc olunub.
Alimlər bildirirlər ki, doyunca yatmamaq təzyiqin qalxmağına və növbəti gündə də yüksək səviyyədə saxlanılmasına səbəb olur, bu da ürək-damar xəstəliklərinin yaranmağına gətirib çıxarır. Ona görə də mütəxəssislər gündə 6-9 saat yatmağı məsləhət görürlər.
Xroniki yuxu çatışmazlığı hipertoniya xəstəliyi və stressin yaranmağına, eləcə də insulinin səviyyəsinin azalmağına gətirib çıxara bilər.