Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 09:00
Rusiya Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya humanitar səbəblərə siyasi sığınacaq verməyə hazırdır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Putin Poroşenkoya vaxtı ilə siyasi sığınacaq təklif etdiyini və indi də bunu etməyə hazır olduğunu bildirib.
"İndi həmin Poroşenkonu xəyanətdə günahlandıraraq, onun Minsk razılamalarını imzalamasına eyham vururlar. Bəli, o, sazişləri imzalayıb, hə nə olsun? Bütün ölkə bunu qəbul edib. Bu, Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənib. Mən deyəndə ki, "vaxt gələcək, biz sənə siyasi sığınacaq verməyə hazır olacağıq", zarafat etmirdim. Poroşenko o zaman bu məsələyə rişxənd etdi. Ona görə yox ki, onun siyasətini biz çox bəyənirik və ya bəyənmişik, humanitar səbəblərə görə... Mən bilirdim ki, belə olacaq və belə də oldu", deyə Rusiya prezidenti vurğulayıb.