Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 20:36
Bu gün "Binance" kriptovalyuta birjasında "Bitcoin"in dəyəri 45,4 min ABŞ dollarını üstələyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, son bir ayda (yanvarın 5-dən) qeydə alınmış ən yüksək göstəricidir. Kriptovalyutanın kursu yanvarın 24-də 32,9 min dollara qədər enişdən sonra bərpa olunmağa davam edir. O vaxtdan bəri "Bitcoin" 37% bahalaşıb və onun bazar kapitalizasiyası yenidən 850 mlrd. dolları üstələyib.
Qeyd edək ki, "CoinMarketCap"in son məlumatlarına görə, "Bitcoin" son 24 saatda 2,9%, son bir həftədə isə 12,7% bahalaşaraq hazırda 43,8 min dollar civarında ticarət olnunur. Kriptovalyutanın kapitalizasiyası hazırda 829,1 mlrd. dollar təşkil edir. Son 24 saatda 33 mlrd. dollarlıq "Bitcoin" ticarət olunub.