Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 02:24
İngiltərədə dəhşətli hadisə baş verib. Analarının şikayətindən sonra qocalar evindəki otağa gizli kamera yerləşdirən ailə üzvləri baxıcın analarına təcavüz etdiyi anların şahidi olublar.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, bundan sonra dərhal polisə müraciət ediblər. Polis qocalar evinə basqın edərək baxıcını saxlayıb. İngiltərənin Blekpul şəhərindəki qocalar evində baş verənlər eşidənləri ürpədib. Ailəsi tərəfindən qocalar evinə yerləşdirilən 90 yaşlı qadın evinə baş çəkdikdən sonra qocalar evinə qayıtmaq istəməyib. Qadın qocalar evində zorakılığa məruz qaldığını bildirib. Qadının baxıcısı, Filip Keri adlı şəxsdir. Hadisədən sonra polis Kerini nəzarətə götürüb.
Anar Əli