Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 09:42
Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, milliləşən rusiyalı idmançı bu gün sərbəst proqramla buz üzərinə çıxıb.
Onun çıxışı 155,04 xalla dəyərləndirilib. Vladimir bu hərəkətdə 19-cu olub. Təmsilçimiz iki proqramın cəmində 239,19 xal toplayıb. Litvintsev yarışı 18-ci yerdə başa vurub. Qısa proqramdan sonra 18-ci olan təmsilçimiz yekunda mövqeyini qoruyub.
Qeyd edək ki, olimpiya çempionu adına yaponiyalı Yuma Kaqiyama ABŞ təmsilçisi Natan Çen yiyələnib. O, 310,05 xal yığıb.