Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 08:21
Qədim dərman bitkisi olan dəfnə təbiblərin "otların şahı" adlandırdığı bir vasitədir.
Kəskin qoxulu, müxtəlif efir yağları ilə zəngin dəfnənin kimyəvi tərkibinə nəzər salmaq kifayətdir ki, nələrə qədir olduğunu görəsiniz. Dəfnə A, C, B, PP vitaminləri, marqans, maqnezium, fosfor, kalium, kalsium və digər minerallarla çox zəngindir.
Medicina.az adi dəfnə yarpağının sağlamlığınızda hansı xəstəliklərdə tətbiq edəcəyinizi açıqlayır.
1. Bəlğəmgətiricidir - bronx, ağciyər, nəfəs yolları, burun-boğazda əmələ gələn selik, axıntı, bəlğəmi təmizləyir.
2. Göbələk əleyhinə təsir edir - daxildən və xaricdən hansı nahiyədə göbələk varsa, dəfnə ilə vanna, dəmləməsini çəkmək olar.
3. Ağrıkəsicidir - əzələ, oynaq, sümük ağrıları, əsməcə, tremor, qıcolmalarda effektivdir.
4. Detoks, təmizləyicidir - qandan toksinləri, duzları, ağır metalları, şlakları, zəhərləri, dərman qalıqlarını çıxarır.
5. Təzyiqi salır, damarları genişləndirir, baş ağrısını azaldır.
6. Sidikqovucudur - ödemləri azaldır, böyrəkləri, sidik kisəsini və sidik yolları təmizləyir.
7. Güclü sakitləşdiricidir, yuxusuzluqla mübarizə etməyə kömək edir.
8. Xərçəng əleyhinə təsiri var - şiş hüceyrələrini məhv edir.
9. İştahı artırır, həzmi asanlaşdırır, bağırsaqları təmizləyir.
10. Ürək-damar sistemini möhkəmlədir, damarları təmizləyir, xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun qarşısı alınır.
11. Oynaqların iltihab, artroz, artrit zamanı yardım edir, ağrıları azaldır.
12. Psoriazı (dəri xəstəliyi) mülaicə edir - 10 dəfnə yarpağını 500 ml qaynar suda termosda dəmləyib, 2 saat dəmləyin. Sonra gündə 3 dəfə yeməkdən əvvəl yarım stəkan içirsiz.
13. Qanda şəkərin səviyyəsini tənzimləyir. Şəkər xəstələri çay əvəzinə dəfnə yarpağı dəmləməsini içə bilərlər.
Kimlərə qəti olmaz?
- Qastrit, xora, 12 barmaq bağırsaq yaralarında
- Öddə və ya böyrəklərdə daş olduqda
- Qanı duru olanlara, trombosit pozulmasında
- Xroniki böyrək çatışmazlığı zamanı
- Hamilə qadınlara.