Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 12:48
Bakı. Samir Əli - Trend:
Sentyabrın 3-də Binəqədi rayonu ərazisindəki kafelərin birindən Saatlı rayon sakini Əflan İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılmış istintaq, əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş T.İsmayılov könüllü olaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gələrək istintaqa təslim olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin