Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Turist qadına təcavüz edən bələdçi tapılmır - Qadın isə xəstəxanaya yerləşdirilib

Turist qadına təcavüz edən bələdçi tapılmır - Qadın isə xəstəxanaya yerləşdirilib

Tarix: 13 Fevral 2022 01:32

Şri-Lankada istirahətə gələn alman turist yerli bələdçi tərəfindən zorlanıb.

Sonxeber.net xəbər verir ki, baş verənlərin təfərrüatını Şri-Lankanın EconomyNext informasiya portalı dərc edib.

Hadisə fevralın 4-də baş verib. Səyahətçi bildirib ki, onunla eyni oteldə qalan bələdçi ona hücum edib. Polis məmurunun sözlərinə görə, alman qadın hadisədən sonra xəstəxanaya yerləşdirilib. "O, çox qorxmuşdu, hətta xəstəxanada da narahat idi" deyə hüquq-mühafizə orqanından bildirilib. Hadisəni törədən şəxsin naməlum istiqamətə qaçdığı qeyd edilir. İndiyə qədər məlum olan yeganə şey odur ki, kişi ölkənin dağlıq hissəsində yerləşən kiçik Ella şəhərində yaşayır.

Anar Əli


Etiketlər:  Turist qadına təcavüz edən bələdçi tapılmır Qadın isə xəstəxanaya yerləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ