Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin “Ayna” musiqi qrupunun qurucusu koronavirusa yoluxub

Türkiyənin “Ayna” musiqi qrupunun qurucusu koronavirusa yoluxub

Tarix: 14 Fevral 2022 14:28

Türkiyənin "Ayna" qrupunun qurucusu və solisti, musiqiçi Erhan Güleryüz koronavirusa yoluxub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə musiqiçi sosial şəbədəki hesabında bildirib. Erhan Güleryüz dünən verdiyi koronavirus testinin cavabının müsbət çıxdığını açıqlayıb.

O, pərəstişkarlarına zərurət olmadıqda evdən çıxmamağı tövsiyə edib. Güleryüz sosial şəbəkədəki paylaşımında pərəstişkarlarına "7 gün sonra görüşənədək", - yazıb.

Xatırladaq ki, "Ayna" qrupu xüsusən ötən əsrin 90-cı illərinin sonu-2000-ci illərin əvvəllərində Türkiyədə və bir sıra ölkələrdə populyar olub. Qrupun repertuarına türk mahnıları ilə yanaşı, Azərbaycanın da bir sıra mahnıları, o cümlədən "Ayrılıq", "Arzu qızım" və b. daxildir.

Milli.Az


Etiketlər:  Türkiyənin Ayna musiqi qrupunun qurucusu koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ