Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 16:28
Tərtərdə evin divarlarında əyilmələr yaranıb, tavanında çatlar əmələ gəlib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Düyərli kəndini ağır atıcı silahlardan və raketlərdən atəşə tutması nəticəsində insanların mülkiyyətinə və evlərinə xeyli ziyan dəyib.
Qəzalı vəziyyətə düşən evlərdən biri də Abuzərovlar ailəsinə aiddir. Düşmən ordusu kəndi atəşə tutan zaman bir neçə top və qrat mərmisi fərdi yaşayış evinin yaxınlığına düşüb. Nəticədə bir mərtəbəli, iki otaqlı evin hasarlarında çat və əyilmə yaranıb. Evin dam örtüyü isə yararsız vəziyyətə düşüb.
Abuzərovlar ailəsi evin yenidən əsaslı bərpası ilə bağlı rayon icra hakimiyyətinə dəfələrlə müraciət etdiklərini deyir.
Məsələ ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətindən bildirilib ki, Nazirlər Kabinetinin tapşırığına əsasən, ayrılmış komissiya müharibədən sonra evə baxış keçirib və dəymiş ziyanın miqdarı hesablanıb. Ev sahibinə 1000 manat nağd pul və müəyyən tikinti materialları təqdim edilib. Bu isə təmir işinin aparılması üçün kifayət edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: