Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 20:26
Ağcabədi rayonunun 3 kəndi qaz üzünə həsrətdir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Sarıcalı, Poladlı və Taynaq kəndlərindən gedir.
Sakinlərin sözlərinə görə, belə vəziyyət 30 ilə yaxındır ki, davam edir. Onlar məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Teymur Cəfərov bildirib ki, sözügedən problemdən xəbərdardırlar. Onun sözlərinə görə, 2 minə yaxın sakini olan həmin kəndlərin 2023-cü ildə qazla təmin olunması nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: