Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağızdan gələn pis qoxunun əsas 3 səbəbi və müalicəsi

Ağızdan gələn pis qoxunun əsas 3 səbəbi və müalicəsi

Tarix: 15 Fevral 2022 23:18

Tibdə pis ağız qoxusuna "halitoz" deyilir. Halitozun 3 əsas səbəbi var.

Saglamolun.az sizə halitozun səbəblərini və ondan qurtulmaq yollarını təqdm edir:

1. Ağız boşluğu problemləri - çürük dişlər, diş daşları, damaqların qanaması, ağız boşluğunun pis gigiyensı.

Stomatoloqun müayinəsindən keçin, karies, diş daşları, xəstə damaqları müalicə edin.

Gündə 2 dəfə 3 dəqiqədən az olmayaraq dişlərinizi yaxşı fırçalayın, xüsusi ağız yaxalayıcılardan istifadə edin.

2. Qida borusunun divertikulları

Bəzən qida borusunun divarlarında "ciblər" əmələ gələ bilər. Qida qalıqları bu "ciblərdə" yığılaraq çürüməyə başlayır ki, bu da pis ağız qoxusuna səbəb olur.

Qastroenteroloqa müraciət edin. Lazım olduqda həkim qastroskopiya təyin edəcək.

3. LOR-xəstəlikləri (xroniki sinusit, tonzillit, adenoidit)

LOR-xəstəlikləri uşaqlarda halitozun əsas səbəbidir.

LOR həkiminə müraciət edin, lazım olduqda müalicə alın.


Etiketlər:  Ağızdan gələn qoxunun əsas səbəbi müalicəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ