Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Anam və atamın kim olduğunu 12 yaşımda öyrəndim” - VİDEO

“Anam və atamın kim olduğunu 12 yaşımda öyrəndim” - VİDEO

Tarix: 16 Fevral 2022 15:51

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı xalq artisti Naibə Allahverdiyeva olub.

Milli.Az xəbər verir ki, Xalq artisti bioloji valideynlərini 12 yaşına qədər tanımadığını etiraf edib:

"Mən bibimə ana deyirdim. Elə bilirdim ki, atam dayımdır. Bibim anamın ildə bir dəfə bizə gəlməyinə icazə vermişdi. Mənə gözəl paltarlar alıb, yeməklər bişirirdi. Anamı hansısa qohumum bilirdim. Onun anam olduğunu məndən gizlədirdilər. Daha sonra bibim rəhmətə getdi. Tiflisə, atamgilə getdim. Bacımla bir yerdə yatırdıq. Dayımqızı, xalam qızı olmasına rəğmən, varlığından xəbərsiz olduğum bacıma qarşı daha doğma hisslərim var idi. Məktəbdə ona bənzəyən bir qıza bulka alıb verirdim ki, tənnəfüsdə yanımda otursun. Atamgildə olanda mənə dedi ki, sənin doğma bacınam, Siyavuş sənin dayın deyil, yanına gələn qadın isə anandır. Dedi ki, istəyirsən get onun yanına, sənə yolu başa salaram. Nənəmə dərman almaq adı ilə əmimqızını götürüb anamın işlədiyi yerə getdik.Anama uzaqdan yarım saat baxandan sonra nəhayət içəri girdim. Mənə hər zaman Nailə deyə səslənərdi. Mən tərəf gələndə dedim ki, yaxın gəlmə, sənə nifrət edirəm. Qaçdım çölə, məni tutub qucaqlayıb, öpdü. İşçilər başına yığışdı ki, Bilqeys xanımın qızı gəlib. Sırğaları var idi, çıxarıb qaulağıma taxdı. Dedim ki, mən səni istəmirəm".

Milli.Az


Etiketlər:  Anam atamın olduğunu yaşımda öyrəndim VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ