Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə peyvənd olunmayanlara qarşı sanksiyalar artırılır

Bu ölkədə peyvənd olunmayanlara qarşı sanksiyalar artırılır

Tarix: 16 Fevral 2022 21:18

İtaliyada vaksinasiyadan keçməyənlərlə bağlı yeni qaydalar qüvvəyə minib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünəndən etibarən ölkədə istər dövlət idarələrində, istərsə də özəl sektorda çalışan və yaşı 50-dən yuxarı olan insanlar üçün "Super yaşıl keçid kartı" ("Super green pass") tələbi qoyulub. Peyvənd öhdəliyini yerinə yetirməyənlər 100 avroluq birdəfəlik cərimə ödəməli olacaqlar.

Əgər müəssisə və təşkilatlarda bu qaydalar pozularsa 600 avrodan 1500 avroyadək cərimə tətbiq ediləcək. Qayda pozuntusu təkrar edildikdə, sanksiya ikiqat artırılır.

"Super yaşıl keçid kartı" ancaq peyvənd edilmiş və ya COVID-19-dan sağalanlara verilir. Testdən keçmək bu sənədi almağa kifayət etmir.

Qeyd edək ki, bu vaxtadək İtaliyada 12,1 milyon nəfər COVID-19 infeksiyasına yoluxub, virusdan sağalanları sayı 10,4 milyon nəfərə çatır. Koronavirus qurbanlarının sayı 151,3 min, aktiv COVID-19 xəstələrinin sayı 1,5 milyon, reanimasiya şöbəsində olanların sayı 1173 nəfərdir.

İndiyədək ölkədə 132,2 milyon dozadan çox peyvənd tətbiq olunub. Hər iki doza peyvənd qəbul edənlərin sayı isə 47,8 milyon nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti isə 88,66 faizdir). Bundan başqa, İtaliyada 36,3 milyon doza əlavə peyvənd tətbiq olunub.

Milli.Az


Etiketlər:  ölkədə peyvənd olunmayanlara qarşı sanksiyalar artırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ