Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tibbi reabilitasiya nədir?

Tibbi reabilitasiya nədir?

Tarix: 17 Fevral 2022 08:42

Tibbi reabilitasiya keçirilmiş ağır xəstəliklərdən sonra, travma zamanı orqanizmin normal psixi və fizioloji funksiyalarının qismən pozulması və ya tam itirilməsinin bərpasına yönəldilmiş bir sıra müalicə metodlarının kompeks tətbiq olunmasıdır.

Müalicədən fərqli olaraq reabilitasiya patoloji prosesin kəskin fazası dövründə aparılmır.

Reabilitasiyanın dayaq hərəkət aparatının bir sıra anadangəlmə və qazanılma xəstəliklərində körpə yaşından aparılması müalicənin uğurlu olmasında həlledici rol oynayır.

Reabilitasiya istənilən yaşda insanları müxtəlif səbəblərin yaratdığı psixi, hərəki və nitq qüsurlarının əlillik dərəcəsinə gətirib çıxarmasından mühafizə və müalicə edərək onları cəmiyyətə geri qazandırır.

Fizioterapiya kliniki təbabətin təbii və süni yaradılmış faktorlarının insan orqanizminə müalicəvi təsirini tədqiq edir. Günəş şüası, su müalicəsi, hava vannaları, isti və soyuq təsiri, elektrik və elektromaqnit təsir, mexaniki təsir (masaj, müalicə idmanı, kompress) misal çəkmək olar.

- Lazer terapiyası

- Diadinamoterapiya

- Amplipuls terapiya

- Miostimulyasiya

- Maqnit terapiya

- Ultrasəs terapiyası (fonoforez)

- Krioterapiya

- Elektroterapiya (elektroforez)

Bu metodların hər birisi özlüyündə bu və ya digər fiziki faktorların müalicəvi təsir aspektlərini daşıyır.

Milli.Az


Etiketlər:  Tibbi reabilitasiya nədir


RƏYLƏR