Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Batutçulardan sonra bu dəfə milli yarışlarda akrobatlar qüvvələrini sınayacaqlar

Batutçulardan sonra bu dəfə milli yarışlarda akrobatlar qüvvələrini sınayacaqlar

Tarix: 17 Fevral 2022 16:28

Batutçulardan sonra bu dəfə milli yarışlarda akrobatlar qüvvələrini sınayacaqlar.

Milli.Az-ın Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumatına görə, fevralın 24-25-də Milli Gimnastika Arenasında keçiriləcək Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, "Neftçi" İdman Klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini 41 idmançı təmsil edəcək.

İki günlük yarışlarda qadın cütlükləri (balacalar - 2007-2016; yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük), kişi cütlükləri (yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük), qarışıq cütlüklər (yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük) və qadın qrupları (balacalar-2007-2016; yeniyetmələr-2004-2010; gənclər-2003-2009) medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaqlar.

Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, yarışları www.gymtv.online (https://gymtv.online/) internet səhifəsindən canlı izləyə bilərsiniz.

Milli.Az


Etiketlər:  Batutçulardan sonra bu dəfə milli yarışlarda akrobatlar qüvvələrini sınayacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ