Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaddaşı yaxşılaşdıran MƏHSULLAR

Yaddaşı yaxşılaşdıran MƏHSULLAR

Tarix: 19 Fevral 2022 02:03

Mütəxəssislər yaddaşı gücləndirməyə kömək edən məhsulların adlarını açıqlayıblar.

Saglamolun.az İnteraz-a istinadla xəbər verir ki, brokkoli, pomidor, balqabaq tumu, qoz, kakao yaddaş üçün faydalıdır.

Belə ki, brokolli vitaminlərlə zəngin olan tərəvəzdir. Bu vitaminlər arasında yaddaşa müsbət təsir göstərən K, C və B qrupu vitaminləri var. C vitamini həmçinin beyni azad radikalların təsirindən də qoruyur.

Pomidorun tərkibində xeyli miqdarda C vitamini və beyin üçün çox faydalı oln, beyinin damarlarını təmizləyən və qoruyan likopin maddəsi var.  

Balqabaq tumu B qrupu vitaminləri, həmçinin maqnezium və selenlə zəngindir. Bu maddələr sinir sisteminə müsbət təsir göstərir və informasiyanı daha yaxşı qavramağa kömək edir.

Araşdırmaçıların sözlərinə görə, yunan qozu əsl "beyin stimullaşdırıcısı"dır. Onların tərkibində yaddaşı və koqnitiv bacarıqları yaxşılaşdıran yağ turşuları mövcuddur. Bundan başqa, qozda çoxlu kalium və maqnezium var.

Kakaonu intellektual əməyə başlamamışdan öncə içmək tövsiyə olunur. Qeyd olunub ki, kakaoda beynin fəaliyyətini yaxşılaşdıran triptofan və flavonoidlər var.

Milli.Az


Etiketlər:  Yaddaşı yaxşılaşdıran MƏHSULLAR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ