Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Muğam axşamları” layihəsinin konserti təqdim edildi - VİDEO - FOTO

“Muğam axşamları” layihəsinin konserti təqdim edildi - VİDEO - FOTO

Tarix: 19 Fevral 2022 13:51

Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsinin 2022-2023 Musiqi mövsümü üçün ilk konserti  təqdim edildi. Böyük maraqla gözlənilən layihənin rəhbəri BMM -nin direktoru, Xalq artisti Murad Hüseynovdur.

Konsertdə  BMM-nin solistləri  Mirələm Mirələmov və Nisbət Sədrayeva "Rast" və "Səmai Şəms" muğamını təqdim etdilər. Xanəndələri, BMM-nin solistləri, tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rəfael Əsgərov, udda Vasif Yusipli, nağarada Amil Mustafayev müşayiət edirdi.

Qeyd edək ki , Musiqi mövsümü ərzində  Beynəlxalq Muğam Mərkəzinin səhnəsində  "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz",  "Orta Mahur", "Arazbari", "Osmani", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir. Sərt karantin rejimindən sonra ilk dəfə tamaşaçılarla görüşə gələn layihənin bir özəlliyi də ondadır ki, BMM və İctimai Radio 90 FM arasında əməkdaşlıq sayəsində "Muğam axşamları" konsertləri radio dinləyicilərinə də təqdim olunacaq. Həmçinin "Muğam axşamları"nın hər konserti Mədəniyyət kanalı tərəfindən lentə alınaraq  muğamsevərlərə təqdim olunur.

Qeyd edək ki,   layihə 2017-ci ildən həyata keçirilir və layihənin beynəlxalq işıqlandırılmasında  "Baku" jurnalının rolu böyük əhəmiyyət kəsb edib. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan konsertlərə tamaşaçılar böyük maraq göstərməkdədir.

Layihənin növbəti konserti 17 mart tarixində təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Muğam axşamları layihəsinin konserti təqdim edildi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ