Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 19:03
Tanınmış rusiyalı həkim və "O samom qlavnom" televerilişinin aparıcısı Aleksandr Myasnikov insan sağlamlığının ən əsas 4 göstəricisi haqqında məlumat verib.
Saglamolun.az bildirir ki, həkimin sözlərinə bu göstəricilər arterial təzyiq, qanda xolesterinin və şəkərin səviyyəsi və həmçinin bel çevrəsidir.
Beləliklə, oxucularımıza bu normaları təqdim edirik:
Arterial təzyiq - 120/80 mm.c.st
Qanda xolesterinin səviyyəsi - 2,8 - 5,2 mmol/l
Qanda şəkərin səviyyəsi - 4,1 - 5,9 mmol/l
Bel çevrəsi:
Qadınlarda - 88 sm qədər
Kişilərdə - 102 sm qədər.
Bu normalardan kənara çıxma bir çox xəstəliklərin və o cümlədən, hipertoniya, infarkt, insult, şəkərli diabet, onkoloji xəstəliklərinin riskini artırır.