Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pəhriz saxlamadan arıqlamağın üsulları açıqlandı

Pəhriz saxlamadan arıqlamağın üsulları açıqlandı

Tarix: 20 Fevral 2022 11:30

Britaniyanın "The Sun" tabloidi pəhriz saxlamaq və kalori saymaq istəməyənlər üçün arıqlamağın yollarını açıqlayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, tənbəllər üçün olan üsullara mətbəx masasının üstünə güzgü qoymaq, yalnız kiçik boşqablardan yemək kimi fəndlər daxildir.

Bundan əlavə, oxuculara səhər yeməyində yumurta yemək, nahara dadlı, lakin ağır olmayan şorba ilə başlamaq, qazlı içkilərdən imtina etmək, daha çox yatmaq, yemək yeyərkən televizora baxmaqdan və sosial şəbəkələri oxumaqdan imtina etmək, ən əsası isə 20 dərəcədən yüksək olmayan temperaturda yemək tövsiyə edilib.

Bununla yanaşı, yemək yeyərkən rahatlaşdırıcı musiqi dinləmək də məsləhət görülüb. Alimlər sübut ediblər ki, belə şəraitdə insanlar 54% daha az yemək yeyirlər.


Etiketlər:  Pəhriz saxlamadan arıqlamağın üsulları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ