Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 11:00
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova ( Azəri qızı) növbəti dəfə bahalı geyimi ilə gündəm olub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, İbrahim Tatlısesin "İbo show" verilişinə qonaq olan Günelin paltarı çox bəyənilib. Əksəriyyət geyimin brendi və qiyməti ilə maraqlanıb.
Sözügedən paltarla bağlı məlumat "Kim_hardan_geyinir" instaqram səhifəsində yer alıb. Bildirilib ki, Günelin ağ libası "Sagaza" brendindəndir, qiyməti 26 min türk lirəsi, yəni 3260 manatdır.