Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya bu gün Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək

Britaniya bu gün Rusiyaya qarşı sanksiyalar  tətbiq edəcək

Tarix: 22 Fevral 2022 08:36

Böyük Britaniya hökuməti Rusiyanın qondarma Donetsk (DXR) və Luqansk "xalq respublikaları"nı (LXR) tanıması fonunda fevralın 22-də Rusiyaya qarşı yeni sanksiyalar elan etməyi planlaşdırır.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "The Guardian" qəzeti Krallığın Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, London hazırda fevralın 10-da Britaniya parlamentinin İcmalar Palatasında hakimiyyət tərəfindən təqdim olunan "tam sanksiya tədbirləri paketini" tətbiq etmək niyyətində deyil. Bununla yanaşı, krallıq hökuməti "Rusiyanın Ukraynaya müdaxiləsi" baş verəcəyi təqdirdə məhdudiyyətlər məsələsində "uzağa getməyə" hazırdır.

Britaniyanın xarici işlər naziri Liz Trass da öz növbəsində Rusiyanın qondarma Donetsk və Luqansk "xalq respublikaları"nı tanıması ilə əlaqədar London fevralın 22-də Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyini təsdiqləyib.

"Sabah (bu gün-red) biz beynəlxalq hüququn pozulmasına və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hücuma cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyik", - Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri tviterdəki hesabında yazıb.

Milli.Az


Etiketlər:  Britaniya gün Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ