Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ilə müttəfiqlik sazişində Qarabağa aid nələr var?

Rusiya ilə müttəfiqlik sazişində Qarabağa aid nələr var?

Tarix: 22 Fevral 2022 22:24

Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə Qarabağ məsələsinə aid edə biləcəyimiz 4 bəndi qeyd etmək olar.

1-ci bənd üzrə:

- tərəflər bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət edir, eləcə də daxili işlərinə qarışmır: Rusiya bununla bir daha Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığını qeyd edir; Bakı bu bəndən istifadə edərək, Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycanın daxili məsələsi olduğu faktının qəbul edilməsinə nail ola bilər;

9-cu bənd üzrə:

- İki ölkə müharibədən sonra imzalanmış üçtərəfli razılaşmaların - 10 noyabr, 11 yanvar və 26 noyabr - icrasına dəstək verəcəklər: bu, 10 noyabr razılaşmasında icra edilməyən bəndlərin həyata keçirilməsini, kommunikasiyanın açılmasını və sərhədin delimitasiya edilməsini özündə ehtiva edir;

10-cu bənd üzrə:

- tərəflər region dövlətləri arasında uzunmüddətli sülhün yaradılmasında əməkdaşlıq edəcək;

Bakı bu iki bəndi əsas götürərək, erməni qoşunların Qarabağdan çıxarılmasında (4-cü bənd), azərbaycanlıların ermənilərin yaşadığı ərazilərə qayıtmasına nail olmaqda (7-ci bənd), kommunikasiyanın açılmasında, sərhədin delimitasiya-demarkasiya edilməsində və yekun olaraq sülh sazişinin imzalanmasından Rusiyadan dəstək ala bilər.

18-ci bənd üzrə:

- Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə və s. mübarizədə səylərini birləşdirirlər.

Bəyannaməyə görə, Rusiya Azərbaycanın suverenliyinə hörmətlə yanaşır və bu bəndin məntiqinə görə, Qarabağdakı qondarma rejimi separatçılıq təhdidi kimi qəbul etməlidir; Bakı bu razılaşmadan separatçı-terrorçu rejimin ləğvi üçün istifadə edə bilər.

Bu bəyannamə ən azı Rusiyanın Azərbaycan-Ermənistan məsələsində neytral mövqeyinin rəsmiləşməsi hesab oluna bilər. Və Bakının bu razılaşmadan müharibədən sonra hazırladığı gündəliyin qəbul edilməsində yararlanmağa çalışacağı bəllidir.


Etiketlər:  Rusiya ilə müttəfiqlik sazişində Qarabağa nələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ