Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 19:56
Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı "Visit Greece" tərəfindən hazırlanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Uikenddən daha yaxşı nə ola bilər? Ancaq Yunanıstanda uikend və ya bizlərin təklif etdiyi kimi "greekend", - deyən şən aparıcı ölkənin ən yaxşı kurortlarını nümayiş edir, dəniz, qastronomik ləzzətlər, şoppinq və əyləncədən bəhs edir.
Lakin "greekend" neologizmi tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bir çoxları bunu "Yunanıstanın sonu" ("Greek end") kimi şərh edib.
Bununla belə, kampaniyanı bəyənənlər də olub.
"Reklam nə qədər cəlbedici olsa, bir o qədər orada olmaq istəyirsən", - deyə rolik tərəfdarları vurğulayıb.