Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim omikronun uşaqlar üçün fəsadlarından danışıb

Həkim omikronun uşaqlar üçün fəsadlarından danışıb

Tarix: 24 Fevral 2022 16:30

Omikron ştammına yoluxan yeniyetmələrdə adenoidlərlə uzunmüddətli problemlər müşahidə olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı otorinolarinqoloq, ali kateqoriyalı həkim, tibb elmləri namizədi Vladimir Zaytsev xəbərdarlıq edib.

"Əgər yeniyetmələrdən danışırıqsa, burun-udlaq iltihablanır, orada isə adenoidlər var, yəni uşaqlar kəskin adenoiditə (adenoid toxumasının iltihabına və adenoid vegetasiyası) məruz qalır. Uşaqlar daim xəstələnirlər, qulaq, boğaz və burun iltihabına meylli olanların isə selikli qişaları zəifdir, onlarda adenoid tüğyan edəcək", - deyə o, bildirib.

Mütəxəssisin sözlərinə görə, uşaqda vaxtında kəskin adenoidit aşkar edilərsə, bu, cərrahi müdaxilədən qaçmağa kömək edər.

Zaytsev vurğulayıb ki, oxşar xəstəlik həm çox  balaca uşaqlarda, həm də məktəblilərdə görünə bilər.

Milli.Az


Etiketlər:  Həkim omikronun uşaqlar üçün fəsadlarından danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ